Şirkətin rəsmi açılışı

Şirkətin rəsmi açılış və konsepsiyasının təqdimat mərasimindən öncə kollektiv Fəxri Xiyabanda Ümummilli Liderimiz Heydər Əliyevin məzarını ziyarət edib.

Açılış mərasimi vətən uğrunda canlarını fəda edən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Şirkətin direktoru əməkdar hüquqşünas, BMT-nin və Ümumdünya Gömrük Təşkilatının eksperti Fikrət Ələsgərli ətraflı məlumat verərək bildirib ki, Şirkət ölkədə şəffaf biznes mühitinin formalaşmasında, sahibkarların qanuni tələblərinə və ehtiyaclarına uyğun peşəkar hüquqi xidmət sisteminin təkmilləşdirilməsində yaxından iştirak etmək məqsədilə yaradılıb. Missiya xarici iqtisadi fəaliyyətlə məşğul olan şəxsləri gömrük və vergi sahəsində qanunvericiliyin tələbləri barədə maarifləndirmək, qanuni hüquqlarını izah etmək və bu hüquqların müdafiəsində onlara dəstək olmaqla
cəmiyyətdə hüquq mədəniyyətini yüksəltməkdir. Fikrət Ələsgərli vurğulayıb ki, Şirkət qanunun aliliyini əldə rəhbər tutaraq, müştərilər üçün istənilən vəziyyətdə optimal həllər tapmaq imkanına malikdir. “Biz öz fəaliyyətimizdə hər zaman obyektivlik prinsipinə sadiq qalaraq, faktlara söykənən düzgün və dəqiq məlumatlar əsasında yalnız nəticə üçün çalışırıq. Komandamızın təcrübəsi və peşəkarlığı qarşıya qoyulan tapşırığın öhdəsindən gəlməyə və məqsədə çatmağa imkan verir. Keyfiyyətli xidməti müştərilərimiz bizimlə əməkdaşlıqla müəyyən edəcəklər” deyə Fikrət Ələsgərli vurğulayıb.

Tədbirdə iştirak edən xarici iqtisadi fəaliyyət iştirakçıları, tanınmış hüquqşünas və vəkillər, ekspertlər, partnyor şirkətlərin nümayəndələri, media təmsilçiləri, QHT nümayəndələri və ziyalılar çıxış edərək uzun illər gömrük və vergi orqanlarında xidmət etmiş mütəxəssislərdən ibarət komandaya gələcək
fəaliyyətində uğurlar arzulayıb.

Bənzər xəbərlər