Haqqımızda

Azərbaycanda vergi məsələləri üzrə bir sıra konsaltinq şirkətləri
fəaliyyət göstərsə də, 2024-cü ilin ilk günlərindən fəaliyyətə başlayan
“Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq“
Məhdud Məsuliyyətli Cəmiyyəti gömrük məsələləri üzrə ilk konsaltinq
şirkətidir.
Məqsədimiz xarici iqtisadi fəaliyyətlə məşğul olan fiziki və hüquqi
şəxsləri gömrük və vergi sahəsində qanunvericiliyin tələbləri barədə
maarifləndirmək, qanuni hüquqlarını izah etmək və bu hüquqların
müdafiəsində onlara dəstək olmaq, vicdanlı vergi ödəyicilərinin etibarlı
tərəfdaşı kimi ölkəmizdə şəffaf biznes mühitinin formalaşmasında yaxından
iştirak etmək və hüquqi dərketmə mexanizmini inkişaf etdirməklə,
cəmiyyətdə hüquq mədəniyyətini yüksəltməkdir.
Şirkətimiz qanunun aliliyini əldə rəhbər tutaraq, müştərilər üçün
istənilən vəziyyətdə optimal həllər tapmaq imkanına malikdir. Biz öz
fəaliyyətimizdə hər zaman obyektivlik prinsipinə sadiq qalaraq, faktlara
söykənən düzgün və dəqiq məlumatlar əsasında yalnız nəticə üçün
çalışırıq. Komanda heyətinin təcrübəsi və peşəkarlığı bizə qarşıya qoyulan
tapşırığın öhdəsindən gəlməyə və məqsədə çatmağa imkan verir.
Biz müştərilərin tələblərinə və ehtiyaclarına uyğun peşəkar xidmət
sistemini təmin etmək və müştərilərin uğurlu fəaliyyətinə nail olmaq üçün
çalışııq. Şirkətimizin keyfiyyətli xidmətini müştərilərimiz bizimlə əməkdaşlıq
etdikdə müəyyən edə bilərlər.

+994124880697

İndi zəng et

Biz kimik?

Adından da göründüyü kimi, şirkətimizdə bu sahədə uzunmüddətli iş təcrübəsinə malik bilikli və bacarıqlı, peşəkar partnyorlardan ibarət komanda çalışır:

Missiyamız

Müştərilərimizin gömrük və vergi məsələlərilə bağlı xidmətlərimizdən sərbəst və effektiv şəkildə faydalanmalarına nail olmaq bizim əsas məqsədimizdir. Biz hər bir müştərimizə fərdi yanaşma tətbiq edirik.

Prinsiplərimiz

Bizim iş prinsiplərimiz müştərilərimizə hüquqi məsləhətləri vicdanlı, keyfiyyətli, məsuliyyətli, kreativ və nəzakətli bir şəkildə təqdim edərək onlar qarşısında əvvəldən sonadək cavabdehlik daşımaqdan ibarətdir.

Dəyərlərimiz

Şəffaflıq. Yüksək maliyyə sabitliyi və davamlı inkişafı təmin etmək üçün bütün fəaliyyətimizi şəffaflıq, ədalətlilik və dürüstlük əsasında həyata keçiririk. Əsas məqsədimiz müştərilərimizin etimadını və məmnuniyyətini qoruyub saxlamaqdır.

Partnyorlarımız