23 ildən artıq gömrük orqanlarında xidmət etmiş, gömrük qaydalarının pozulmasına qarşı mübarizə üzrə qanunvericiliyə dair normativ hüquqi sənədlərin hazırlanmasında yaxından iştirak etmiş, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllərinin bir sıra maddələrinin redaktoru olmuş, qaçaqmalçılıq və gömrük qaydalarının pozulması halları üzrə təhqiqat və istintaq işlərinin aparılması sahəsində böyük təcrübə toplamışdır.
Azərbaycan Respublikasının əməkdar hüquqşünası fəxri adına layiq görülmüşdür.
Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Gömrük Təşkilatının eksperti olmaqla beynəlxalq təlimçi statusuna malikdir. “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı;
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının yubiley medalı;
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 25 illiyi (1992-2017)” Azərbaycan Respublikasının yubiley medalı;
“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalı və bir sıra xarici ölkələrin döş nişanı və medalı ilə təltif olunmuşdur.
Ümumdünya Gömrük Təşkilatının və digər beynəlxalq təşkilatların 100-dən artıq sertifikatı ilə təltif edilmişdir.




